XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:19:16 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Kolumbiya Azərbaycandakı səfirliyini bağlamağı planlaşdırır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Esprielya dövlət xərclərinin optimallaşdırılması siyasəti çərçivəsində ölkəsinin xaricdə fəaliyyət göstərən 15 səfirliyinin, o cümlədən Azərbaycandakı diplomatik nümayəndəliyinin bağlanmasını planlaşdırdığını açıqlayıb.
Məlumata görə, yeni prezident televiziya ilə müraciətində bildirib ki, vəzifəsinin icrasına başladığı andan etibarən sözügedən səfirliklərin fəaliyyətinə son qoyulacaq.
Bağlanması nəzərdə tutulan diplomatik nümayəndəliklər Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikadadır.
Abelardo de la Esprielya, həmçinin Kolumbiyanın Fələstində səfirlik açılması ilə bağlı prosesin də dayandırılacağını təsdiqləyib.
Qeyd edək ki, Abelardo de la Esprielya cari ilin iyun ayında Kolumbiyada keçirilən prezident seçkilərində qalib gəlib və avqustun 7-də rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasına başlayacaq.

Etiketlər: