Odlar.media xəbər verir ki, Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində 33 yaşlı kişinin batdığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hadisə ilə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb olunublar.
Hazırda 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun batdığı ehtimal edilən istiqamətlərdə intensiv axtarışlar davam etdirilir.
