Odlar.media xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda baş verən faciəli hadisə iki nəfərin ölümü ilə nəticələnib.
Məlumata görə, rayonun Vənənd kənd sakini, 25 yaşlı Elvar Babayev səhhətinin qəfil pisləşməsi nəticəsində həyatını itirib. Bildirilir ki, onun yüksək qan təzyiqi səbəbindən vəfat etdiyi ehtimal olunur.
Gəncin ölüm xəbəri ailəsinə çatdırıldıqdan qısa müddət sonra anası Fatimə xanım da ürək tutması keçirərək dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, o, oğlunun qəfil ölümündən ağır sarsıntı keçirib.
Hadisə ilə bağlı əlavə araşdırma aparılır.
