Odlar.media xəbər verir ki, Şəmkirdə bıçaq xəsarəti alan 2014-cü il təvəllüdlü azyaşlı qız xəstəxanada dünyasını dəyişib.
TƏBİB-in APA-ya verdiyi məlumata görə, iyulun 24-də saat 21:00 radələrində 2014-cü il təvəllüdlü qadın cinsli azyaşlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə çatdırılıb.
Rayonun Mahmudlu kənd sakini Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya gətirilsə də, həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, azyaşlının valideynləri həmin gün övladlarının itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Bir qədər sonra isə qız yaşadıqları evin həyətyanı sahəsində yaralı vəziyyətdə aşkarlanıb.
Hazırda hadisənin başvermə səbəbləri və digər təfərrüatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Tərəflərin və istintaqın rəsmi mövqeyi açıqlanacağı təqdirdə əlavə məlumat veriləcək.
