🌐 Keçmişin izi, gələcəyin sözü
26 Avqust 2026, saat 07:22   •   🌡️ Bakı

Tramp erməni əsilli konqresmen Adam Şiffi məsxərəyə qoydu

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə akkreditə olunmuş jurnalistlərlə keçirilən şam yeməyində çıxışı zamanı siyasi rəqibi, demokrat konqresmen Adam Şiff barədə istehzalı fikirlər səsləndirib.
Tramp çıxışı zamanı Ağ Evin jurnalistlər assosiasiyasının tədbirə kloun dəvət etməyi planlaşdırdığını, lakin “Adam Şiff həmin axşam boş olmadığı üçün bunun baş tutmadığını” zarafatla deyib.
ABŞ Prezidenti daha sonra Şiffin xarici görünüşü ilə bağlı da istehzalı ifadələr işlədərək onun “indiyədək görülən ən böyük baş ilə qələmə bənzər ən nazik boyunun birləşməsinə sahib olduğunu” bildirib.
Qeyd edək ki, Donald Tramp və demokrat konqresmen Adam Şiff uzun illərdir kəskin siyasi qarşıdurma yaşayır və tərəflər tez-tez bir-birini sərt tənqid edən açıqlamalarla gündəmə gəlirlər.