Odlar.media xəbər verir ki, Rusiyanın Kostroma vilayətinin Kadıy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində üçü uşaq olmaqla beş nəfər həyatını itirib.
Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin yaydığı məlumata görə, qəza Dudino kəndi yaxınlığında qeydə alınıb. “Niva” markalı minik avtomobili ilə yük avtomobili toqquşub.
İlkin araşdırmalara əsasən, minik avtomobilinin sürücüsü qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkət edən yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan beş nəfər, o cümlədən üç azyaşlı hadisə yerində həlak olub.
Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.
