Odlar.media xəbər verir ki, Əməkdar artist Elnarə Abdullayevanın ailəsində ağır itki baş verib.
Müğənninin qardaşı Yaqub vəfat edib. Bu barədə sənətçi sosial şəbəkə hesabında paylaşım edərək acı xəbəri izləyiciləri ilə bölüşüb.
Elnarə Abdullayeva qardaşının vəfatı ilə bağlı dərin kədər hissi keçirdiyini bildirərək paylaşımında bunları yazıb:
“Bəzən insan elə bir itki yaşayır ki, onu heç bir söz ifadə edə bilmir. Bu gün mən də həyatımın ən ağır acılarından birini yaşayıram. Gözümün nuru, canım qardaşım Yaqub bu dünyadan köçdü.
Sənin yoxluğunu qəbul etmək çox ağırdır. Gülüşün, səsin, varlığın hər zaman qəlbimdə yaşayacaq. Kaş ki, zaman geri dönəydi, səni bir dəfə də olsun qucaqlaya, səsini eşidə biləydim. Amma bilirəm ki, Allahın hökmü qarşısında hər birimiz acizik.
Əziz qardaşım, Allah sənə sonsuz rəhmət eləsin. Günahlarını bağışlasın, qəbrini nurla doldursun, məkanını cənnətin ən gözəl guşələrindən etsin. Rəbbim səni Öz mərhəməti ilə əhatə etsin”.
Elnarə Abdullayevanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilir, mərhuma Allahdan rəhmət diləyirik.

