Odlar.media xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımova son vaxtlar 15 kiloqram çəki atması ilə bağlı açıqlama verib.
Müğənni bu barədə “Qonaqcanlı” verilişində danışaraq pəhriz saxlamadan arıqladığını bildirib.
Onun sözlərinə görə, sıx iş qrafiki səbəbindən gün ərzində yemək yeməyə vaxt tapa bilmir və daha çox su qəbul edir.
Aybəniz Haşımova əlavə edib ki, artıq çəki yeməkdən qaynaqlanmayıb:
“Pəhriz saxlamıram. Bütün günü işdə oluram, yeməyə vaxtım olmur. Daha çox su içirəm. Amma köklük məndə yeməkdən yaranmamışdı. Müalicə alarkən qəbul etdiyim dərmanlar mənə əks təsir göstərmişdi. Yavaş-yavaş qaydaya düşəcəyəm”.
Sənətçi hazırda sağlamlığının tədricən normallaşdığını da vurğulayıb.
