Odlar.media xəbər verir ki, Meksikanın Oaxaka ştatında 60 yaşlı jurnalist Fransisko Alexandro Leyva silahlı hücum nəticəsində öldürülüb.
Məlumata görə, jurnalist restoranda səhər yeməyi yediyi zaman naməlum silahlı şəxslərin hücumuna məruz qalıb və hadisə yerində həyatını itirib.
Bildirilir ki, Fransisko Alexandro Leyva 2026-cı ildə Meksikada qətlə yetirilən yeddinci jurnalistdir. O, Oaxaka ştatında fəaliyyət göstərən cinayətkar qruplarla əlaqəli olduğu iddia edilən korrupsiya və zorakılıq halları barədə araşdırma yazıları ilə tanınırdı.
Qeyd olunur ki, Leyvanın son Facebook paylaşımında yerli hakimiyyət orqanlarının da iştirak etdiyi “Guelaguetza” festivalının təşkili ilə bağlı tənqidi fikirlər yer alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
