🌐 Keçmişin izi, gələcəyin sözü
24 İyul 2026, saat 02:36   •   🌡️ Bakı

DSMF iyul ayı üzrə pensiya ödənişlərini başa çatdırdı

Odlar.media xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) respublika üzrə iyul ayının pensiya ödənişlərini tam yekunlaşdırıb.
Fondun yaydığı məlumata görə, iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar ödənilib.
Bu gün isə ölkənin digər şəhər və rayonlarında yaşayan pensiyaçıların iyul ayı üzrə pensiyaları, həmçinin güzəştli şərtlərlə təyin edilmiş pensiyalar tam şəkildə köçürülüb.
Bununla da, respublika üzrə iyul ayının pensiya ödənişləri tam başa çatdırılıb.