Odlar.media xəbər verir ki, əmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətlərində azalma qeydə alınıb.
Birja məlumatlarına əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri əvvəlki göstərici ilə müqayisədə 0,61 faiz azalaraq 4 126,4 ABŞ dolları təşkil edib.
Eyni zamanda, COMEX-də gümüşün bir troya unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 0,61 faiz enərək 59,93 ABŞ dollarına düşüb.
Analitiklər qiymətli metallar bazarında qiymət dəyişikliklərinin qlobal iqtisadi gözləntilər, dolların məzənnəsi və investorların risk iştahı kimi amillərlə əlaqəli olduğunu bildirirlər.
