Odlar.media xəbər verir ki, Səudiyyə Ərəbistanına məxsus iki neft tankeri Yəmən sahilləri yaxınlığında husilərin raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücuma məruz qalıb.
Məlumata görə, husilər Səudiyyə Ərəbistanına məxsus “Encela” və “Layla” adlı neft tankerlərini ballistik raketlər, qanadlı raketlər və dronlarla hədəf aldıqlarını açıqlayıblar. Qruplaşma gəmilərin elan edilmiş gəmiçilik qadağasını pozduğunu iddia edib.
Hücum nəticəsində Qırmızı dənizdə üzən hər iki tankerdə yanğın baş verib.
Bildirilib ki, gəmilərin bütün ekipaj üzvləri təhlükəsiz şəkildə təxliyə olunaraq xilas ediliblər.
