🌐 Keçmişin izi, gələcəyin sözü
22 İyul 2026, saat 17:20   •   🌡️ Bakı

Avropa Birliyində dövlət borcu rekord həddə çatıb

Odlar.media xəbər verir ki, Avropa Birliyinin (AB) 16 üzv ölkəsində dövlət borcu tarixi maksimum səviyyəyə yüksəlib.
Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, AB-nin 27 üzv ölkəsinin ümumi dövlət borcu cari ilin birinci rübündə 327,3 milyard avro artaraq 15,705 trilyon avroya çatıb. Bu göstərici müasir tarixdə qeydə alınan ən yüksək səviyyə hesab olunur.
Məlumata əsasən, ən böyük dövlət borcu Fransada qeydə alınıb. Ölkənin dövlət borcu 75,6 milyard avro artaraq 3,536 trilyon avroya yüksəlib.
Siyahıda ikinci yeri 3,158 trilyon avro dövlət borcu ilə İtaliya, üçüncü yeri isə 2,902 trilyon avro borcla Almaniya tutur.