Odlar.media xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.
Qanuna əsasən, Azərbaycan və Sudanın diplomatik pasport sahibləri qarşılıqlı əsasda viza tələbindən azad olunacaqlar.
Qeyd edək ki, sözügedən saziş 2026-cı il mayın 19-da Bakı şəhərində imzalanıb. Bu sənəd iki ölkə arasında diplomatik əlaqələrin inkişafına və rəsmi səfərlərin daha rahat həyata keçirilməsinə xidmət edəcək.
