Odlar.media xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio iyulun 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirəcəyini təsdiqləyib.
“The Jerusalem Post” nəşrinin məlumatına görə, Rubio bu barədə Filippində ASEAN tədbirləri çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib.
“Sabah yenidən danışacağıq”, – deyə o, Lavrovla planlaşdırılan görüş barədə sualı cavablandırıb.
ABŞ dövlət katibi qeyd edib ki, görüş zamanı Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması prosesində konstruktiv rol oynamaq imkanları müzakirə ediləcək.
Marko Rubio, həmçinin vurğulayıb ki, ABŞ və Rusiya dünyanın ən böyük nüvə dövlətləri kimi mövcud fikir ayrılıqlarına baxmayaraq dialoqu davam etdirməlidirlər.
“Ümumiyyətlə ünsiyyəti dayandırmaq düşüncəsiz və məsuliyyətsiz olardı. Fikir ayrılıqlarımız olsa belə, Rusiya hökuməti ilə münasibətləri qoruyub saxlamalıyıq”, – deyə ABŞ dövlət katibi əlavə edib.