XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:04:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Xəbərdarlıq: Azərbaycanda 41 dərəcəyədək isti gözlənilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində gözlənilən yüksək temperaturla bağlı xəbərdarlıq yayıb.
Məlumata görə, iyulun 25-26-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 35-38 dərəcə, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın olacaq.
Bildirilib ki, Azərbaycanın bəzi rayonlarında isə iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40 dərəcə, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində isə 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Mütəxəssislər əhaliyə günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı, bol maye qəbul etməyi və xüsusilə yaşlılar, uşaqlar, eləcə də xroniki xəstəliyi olan şəxslərin ehtiyatlı davranmasını tövsiyə edirlər.

Etiketlər: