🌐 Keçmişin izi, gələcəyin sözü
22 İyul 2026, saat 13:38   •   🌡️ Bakı

Dövlət Əmək Müfəttişliyi 57 nəfərin işə bərpasını təmin edib

Odlar.media xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar–iyun ayları ərzində işəgötürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilən 422 min 818 manat sosial xarakterli vəsait müəyyən edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, görülən tədbirlər nəticəsində həmin vəsait tam şəkildə işəgötürənlər tərəfindən işçilərə ödənilib.
Bildirilib ki, ödənilən vəsaitin 92 faizi əməkhaqqı, 8 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.
Nazirlikdən verilən məlumata əsasən, daxil olan müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 57 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verildiyini müəyyən edib.
Qanunvericiliyə uyğun görülən tədbirlər nəticəsində həmin işçilər əvvəlki iş yerlərinə bərpa olunublar.