Odlar.media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Milli Mətbuat Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.
Hikmət Hacıyev bildirib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin əsası qoyduğu Azərbaycan milli mətbuatı zəngin inkişaf yolu keçərək dövlətçilik ideyalarına sədaqətin, vətənpərvərliyin və milli tərəqqi uğrunda mübarizənin nümunəsinə çevrilib.
O qeyd edib ki, 1990-cı illərin ortalarından etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti ölkədə söz və məlumat azadlığının, fikir plüralizminin təmin olunmasına, eyni zamanda peşəkar medianın formalaşmasına möhkəm zəmin yaradıb. Bu siyasətin sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan mediası müasir çağırışlara uyğun inkişaf edib və beynəlxalq informasiya məkanında mövqeyini gücləndirib.
Prezidentin köməkçisi vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək ölkənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya təxribatlarının ifşa edilməsində mühüm rol oynayıb.
Hikmət Hacıyev əlavə edib ki, qlobal informasiya mühitində rəqə
