XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:05:15 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ankarada təlim helikopteri qəzaya uğrayıb, yaralılar var

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada təlim uçuşu həyata keçirən helikopter qəzaya uğrayıb.
Hadisə Ankaranın Sincan rayonunun Temelli ərazisində baş verib. Məlumata görə, təlim məqsədilə havaya qalxan helikopter naməlum səbəbdən tarlaya düşüb.
Qəza yerinə çoxsaylı xilasedicilər, polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
İlkin məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti və qəzanın başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

Etiketlər: