Odlar.media xəbər verir ki, Avstriyanın Braunau-am-İnn şəhərində Adolf Hitlerin doğulduğu ev əsaslı yenidənqurma işlərindən sonra polis məntəqəsi kimi istifadəyə verilib.
Məlumata görə, bir neçə il davam edən yenidənqurma işlərinə təxminən 20 milyon avro vəsait xərclənib.
Uzun müddət xüsusi mülkiyyətdə olan binada bundan sonra rayon polis idarəsinin və yerli polis məntəqəsinin əməkdaşları fəaliyyət göstərəcək.
Qeyd edək ki, Avstriya hakimiyyəti binanın neonasistlər üçün ziyarət məkanına çevrilməsinin qarşısını almaq məqsədilə onun təyinatının dəyişdirilməsi barədə qərar qəbul etmişdi.
