XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 20 Oktyabr 2026 ✦ 14:04:49 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Qodzilla” filmlərinin gənc ulduzu Kaylee Hottle faciəvi şəkildə vəfat edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, ABŞ-li gənc aktrisa Kaylee Hottle yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Məlumata görə, eşitmə qüsurlu aktrisa ABŞ-nin Merilend ştatında baş verən qəza zamanı ağır xəsarətlər alıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Acı xəbəri aktrisanın atası sosial şəbəkə hesabında paylaşıb.
Kaylee Hottle 2021-ci ildə, cəmi 13 yaşında olarkən çəkildiyi “Godzilla vs. Kong” filmi və daha sonra ekranlara çıxan “Godzilla x Kong: The New Empire” ekran əsərindəki rolu ilə dünya şöhrəti qazanmışdı.
Gənc aktrisa həmin ifasına görə “Ən yaxşı gənc performans” nominasiyasında Saturn mükafatına da namizəd göstərilmişdi.

Etiketlər: