XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:48:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyyənləşdi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Nazirlər Kabineti “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edib.
Qərara əsasən, su obyektlərinin dövlət monitorinqi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçiriləcək.
Eyni zamanda, balıqçılıq su obyektlərində balıqçılıq təsərrüfatının monitorinqi aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aparılacaq.
Dəyişiklik su ehtiyatlarının və balıqçılıq obyektlərinin monitorinqi üzrə səlahiyyətlərin daha dəqiq müəyyənləşdirilməsini nəzərdə tutur.

Etiketlər: