Amerika ABŞ-ın İranla müharibəyə xərclədiyi vəsait açıqlandı 22 İyul 2026 • 05:51 • Odlar MEDİA • 👁 10 baxış Mətn: A− A A+ Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt Bağlantını kopyala Başlığı kopyala Çap et Odlar.media xəbər verir ki, ABŞ-ın İrana qarşı apardığı hərbi əməliyyatlara çəkdiyi ümumi xərc 37,5 milyard dollara çatıb. Bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset Senatda keçirilən dinləmələr zamanı məlumat verib. “Hazırkı qiymətləndirməmizə görə, münaqişənin ABŞ-a başa gəldiyi məbləğ 37,5 milyard dollardır”, – deyə nazir bildirib. Bundan əvvəl The Washington Post nəşri ABŞ rəsmilərinə istinadən yazmışdı ki, İranla müharibə səbəbindən Pentaqon ciddi büdcə kəsiri ilə üzləşib və yaxın həftələrdə bəzi vacib xərc istiqamətlərinin maliyyələşdirilməsində problemlər yarana bilər. Məlumata görə, 2026-cı il üzrə Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinin cari əməliyyatları üçün ayrılan vəsait iyulun sonuna qədər tükənə bilər. Oktyabrın 1-dək mövcud resurslarla fəaliyyətini davam etdirmək üçün Pentaqon döyüş hazırlığı ilə bağlı bəzi təlimləri ləğv edir, həmçinin avadanlıq, texniki xidmət və hazırlıq xərclərini azaldaraq vəsaitləri yenidən bölüşdürür. Bu vəziyyət fonunda Ağ Ev Konqresdən hərbi xərclərin qarşılanması məqsədilə əlavə 67 milyard dollar ayrılmasını istəyib. Qeyd edək ki, iyunun sonunda Ağ Evin Büdcə İdarəsinin direktoru Rassell Vout İranla müharibənin ABŞ-a təxminən 30 milyard dollara başa gəldiyini açıqlamışdı. Müstəqil analitiklər isə hesab edirlər ki, real xərc bundan daha yüksəkdir və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarının bərpasına çəkilən xərclər bu hesablamaya daxil edilməyib. REKLAMPR məqalənizi Odlar MEDİA-da yerləşdirinƏTRAFLI BAX →