Odlar.media xəbər verir ki, Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli “Gömrük yığımlarının məbləğləri” ilə bağlı qərarında dəyişiklik edib.
Müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Dəyişikliyə əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə istifadə olunmaq üçün idxal edilən, xammal kimi gətirilən məhsullar istisna olmaqla, dəmirdən və ya aşqarlanmamış poladdan hazırlanmış çubuqların hər tonu üçün 150 manat gömrük yığımı tətbiq olunacaq.