Odlar.media xəbər verir ki, hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif Gəncədə keçirilən karate yarışında uğurlu çıxış edərək birinci yerə layiq görülüb. Məlumata görə, o, qazandığı qələbəni sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Yusif paylaşımında bu sözləri yazıb:
“Bu qələbəni dayıma həsr edirəm. O, bir müddət əvvəl rəhmətə gedib. Bu gün onun 40 mərasimi idi.”
Qeyd edək ki, Rəşad Dağlı qəsdən adam öldürmək və qanunsuz olaraq soyuq silah saxlamaqda təqsirli bilinərək məhkəmənin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
