XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:24:41 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sükut danışacaq bil, əvəzimdə

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

Elə daşlaşmışam gözüm buludda,
Bulud ağlayacaq bil, əvəzimdə.
O qədər itkilər verdim ki, vallah,
Lal oldum, danışa bilmirəm ki, mən —
Sükut danışacaq bil, əvəzimdə.

Bir susuz səhradı indi ürəyim,
Kölgəsi də yoxdu, çoxdu göynəyim.
Bir qıfıl vurulub dilimə mənim —
Sükut danışacaq bil, əvəzimdə.

Ən rahat son evim torpaqdı, gildi,
O dünya elə də uzaq deyildi.
Mənim sükutum da dodaqdı, dildi —
Sükut danışacaq bil, əvəzimdə.

Körpə balaların gül yuxusuna,
Baxacam onların bol yuxusuna.
Qarışıb gecənin bal yuxusuna —
Sükut danışacaq bil, əvəzimdə.

Bu dünya evindən qovub mərdini,
O da ki, deyəsən aşıb həddini
Nənəm kimi qəlbə salıb dərdini —
Sükut danışacaq bil, əvəzimdə.

Bulud danışacaq hey əvəzimdə.
Arzular, istəklər, kamlar, duyğular —
Ümid danışacaq hey əvəzimdə.
Nə bilim, bilmirəm bir sənətkarın
Əlində hansısa bir gözəl alət —
Tar, ud danışacaq bil, əvəzimdə.

Müəllif: Fuad Biləsuvarlı

20 iyul

Mənbə: Odlar.media

Etiketlər: