🌐 Keçmişin izi, gələcəyin sözü
21 İyul 2026, saat 11:02   •   🌡️ Bakı

Tramp Britaniyanı “yoxsul fəlakət” adlandırdı

Odlar.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya ilə bağlı sərt ifadələr işlədib.
Tramp “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımda Böyük Britaniyanın yeni Baş naziri Endi Börnemin Şimal dənizində neft hasilatının artırılması planlarını dəstəklədiyini qeyd edib.
ABŞ prezidentinin sözlərinə görə, Şimal dənizi dünyanın ən böyük və yüksək keyfiyyətli neft yataqlarından birinə malikdir. O bildirib ki, bu ehtiyatlar yüz illərlə kifayət edə bilər.
Donald Tramp vurğulayıb ki, Şimal dənizindəki neft ehtiyatlarından səmərəli istifadə Böyük Britaniyanı “yoxsul fəlakət” vəziyyətindən çıxararaq dünyanın ən varlı ölkələrindən birinə çevirə bilər.