Odlar.media xəbər verir ki, dünya şöhrətli aktyor və döyüş sənətləri ustası Ceki Çanın avqustun əvvəlində Azərbaycana gələcəyi ilə bağlı iddialar yayılıb.
Məlumata görə, aktyor yeni çəkilən “Armour of God 4: The Ultimatum” filminin bəzi səhnələrinin çəkilişləri üçün təxminən 10 gün Bakıda qalacaq.
Bildirilir ki, filmin çəkilişlərinin paytaxtın bir sıra tanınmış məkanlarında – İçərişəhər, Dağüstü park, Bakı Funikulyoru, Yaşıl Teatr, Fəvvarələr meydanı və şəhərin mərkəzi küçələrində aparılması planlaşdırılır.
Qeyd edək ki, “Armour of God” filmlər silsiləsinin növbəti hissəsi Çin və Qazaxıstanın birgə layihəsidir. Filmdə baş rolu Ceki Çan canlandırır. Hazırda ekran işinin çəkilişləri Qazaxıstanda davam edir və məlumatlara görə, növbəti mərhələdə yaradıcı heyət fəaliyyətini Azərbaycanda davam etdirəcək.
Filmin 2027-ci ilin ikinci rübündə nümayişə çıxarılması nəzərdə tutulur.
Qeyd edək ki, Ceki Çanın Azərbaycana səfəri ilə bağlı hələlik rəsmi təsdiq verilməyib və yayılan məlumatlar iddia xarakteri daşıyır.
