XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:19:04 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sabahın hava proqnozu açıqlanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 21-nə olan hava proqnozunu açıqlayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz saatlarından etibarən cənub-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda havanın temperaturu gecə 21-24° isti, gündüz isə 29-34° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz isə 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturunun gecə 22-26° isti, gündüz 34-39° isti, dağlıq ərazilərdə isə gecə 13-18° isti, gündüz 24-29° isti olacağı proqnozlaşdırılır.

Etiketlər: