Odlar.media xəbər verir ki, iyulun 20-də Bakı şəhərinin Nizami rayonu və Astara rayonunun bəzi yaşayış məntəqələrində planlı təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
“Azərişıq” ASC-nin yaydığı məlumata görə, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir-təftiş işləri səbəbindən Bakının Elşən Süleymanov küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Eyni zamanda, Astara Elektrik Şəbəkəsinə daxil olan 110/35/10 kV-luq “Astara” yarımstansiyasından qidalanan 35 kV-luq “Lovayın” hava xəttində də təmir işləri aparılacaq.
Bu səbəbdən saat 15:00-dan 16:00-dək Astara rayonunun Pensər, Kakalos, Şahağacı, Lovayın, Siyaku, Hamoşam, Toradi, Təngərud və Çayoba kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində planlı fasilə olacaq.
“Azərişıq” ASC bildirib ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
