🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 12:14   •   🌡️ Bakı

ABŞ-nin vitse-prezidenti Cey Di Vens dördüncü dəfə ata olub

Odlar.media xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens və həyat yoldaşı Uşa Vensin dördüncü övladı dünyaya gəlib.
Bu barədə Cey Di Vens sosial media hesabında paylaşım edib.
Bildirilib ki, cütlüyün yeni doğulan körpəsi oğlandır və ona Alek Nil Vens adı verilib. Vitse-prezident paylaşımında həm həyat yoldaşının, həm də yeni doğulan körpənin səhhətinin yaxşı olduğunu qeyd edib.
Qeyd edək ki, Cey Di və Uşa Vens cütlüyünün bundan əvvəl Yuen, Vivek və Mirabel adlı üç övladı var.