🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 08:33   •   🌡️ Bakı

FHN: Ötən həftə 672 yanğına müdaxilə edilib, 55 nəfər xilas olunub

Odlar.media xəbər verir ki, ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin qüvvələri 672 yanğın hadisəsinə müdaxilə edib.
Nazirlikdən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən 672 yanğın, 48 köməksiz vəziyyətdə qalma və 5 yol-nəqliyyat hadisəsi ilə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bildirilib ki, görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ şəkildə söndürülüb, insanların həyatının xilas edilməsi təmin olunub.
Məlumata əsasən, ötən həftə ərzində FHN qüvvələri tərəfindən 15-i azyaşlı olmaqla ümumilikdə 55 nəfər xilas edilib, 30 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bundan başqa, 9 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.