Odlar.media xəbər verir ki, İranın Kirmanşah əyalətinin Kozran bölgəsində ardıcıl iki zəlzələ baş verib.
Yerli KİV-in məlumatına görə, ilk yeraltı təkan 5,2 bal gücündə qeydə alınıb. Təxminən beş dəqiqə sonra isə eyni ərazidə 5,7 bal gücündə ikinci zəlzələ baş verib.
İlkin məlumatlara əsasən, zəlzələlər nəticəsində hər hansı dağıntı və ya insan itkisi barədə rəsmi məlumat açıqlanmayıb. Aidiyyəti qurumlar bölgədə vəziyyəti nəzarətdə saxlayır və monitorinq işlərini davam etdirirlər.
