XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:05:46 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Həkimlərdən xəbərdarlıq: Cəfəri çayı qaraciyər piylənməsini müalicə etmir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, cəfəri çayı qaraciyər piylənməsinin müalicə üsulu hesab edilmir, lakin sağlam həyat tərzinin bir hissəsi kimi orqanizmin ümumi fəaliyyətinə müəyyən dəstək göstərə bilər.
Mütəxəssislərin sözlərinə görə, cəfərinin tərkibində olan antioksidantlar və vitaminlər qaraciyərin normal fəaliyyətini dəstəkləyə bilər. Bununla belə, cəfəri çayının qaraciyəri “təmizlədiyini” və ya qaraciyər piylənməsini müalicə etdiyini təsdiqləyən kifayət qədər elmi sübut mövcud deyil.
Həkimlər vurğulayırlar ki, qaraciyər piylənməsi ilə mübarizədə ən təsirli üsullar sağlam və balanslaşdırılmış qidalanma, artıq çəkinin azaldılması, müntəzəm fiziki aktivlik və alkoqollu içkilərdən uzaq durmaqdır.
Qeyd olunur ki, cəfəri çayından yalnız həkim məsləhəti ilə və əsas müalicəyə əlavə vasitə kimi istifadə edilməsi tövsiyə olunur.

Etiketlər: