🌐 Keçmişin izi, gələcəyin sözü
18 İyul 2026, saat 16:13   •   🌡️ Bakı

Müctəba Xamenei bir müddət ictimai tədbirlərdə iştirak etməyəcək

Odlar.media xəbər verir ki, İranın ali rəhbəri Müctəba Xameneinin ABŞ və İsraillə davam edən hərbi gərginlik fonunda yaxın müddətdə ictimai tədbirlərdə iştirak etməyəcəyi bildirilir.
Məlumata görə, bu barədə TASS agentliyinə danışan məlumatlı mənbə məlumat verib. Mənbənin sözlərinə əsasən, İran rəhbərliyi bölgədə vəziyyətin sabitləşməsini gözləyir və təhlükəsizlik səbəbindən Müctəba Xamenei hazırda ictimaiyyət qarşısına çıxmır.
Bildirilib ki, hərbi gərginliyin azalması və təhlükəsizlik risklərinin aradan qalxmasından sonra onun yenidən açıq tədbirlərdə iştirak edəcəyi gözlənilir.
Rəsmi Tehran isə yayılan məlumatlarla bağlı hələlik hər hansı açıqlama verməyib.