XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:33:11 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakıda və bir sıra bölgələrdə külək güclənəcək – Sarı xəbərdarlıq elan olundu

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti iyulun 19-20-də Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra rayonlarında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq elan edib.
Məlumata görə, Bakı və Abşeron yarımadası ilə yanaşı, Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Saatlı, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Daşkəsən, Goranboy, Naftalan və Gəncə şəhərində şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Bildirilib ki, qeyd olunan ərazilərdə küləyin sürəti sarı xəbərdarlıq meyarlarına uyğun olaraq 13,9-20,7 m/s təşkil edəcək.
Milli Hidrometeorologiya Xidməti əhaliyə hava şəraitini nəzərə almağı və zəruri təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.

Etiketlər: