Odlar.media xəbər verir ki, məşhur televiziya siması Kim Kardaşyanın nənəsi Meri Co Şennon 91 yaşında vəfat edib.
Xarici KİV-in yaydığı məlumata görə, Meri Co Şennonun ölüm səbəbi açıqlanmayıb.
O, uzun illər “Keeping Up with the Kardashians” və “The Kardashians” realiti-şoularının izləyicilərinə tanış simalardan biri olub. Meri Co Şennon ailə üzvləri ilə birlikdə bu layihələrdə mütəmadi olaraq iştirak edirdi.
Bildirilib ki, o, vaxtilə ABŞ-ın San Dieqo şəhərində uşaq geyimləri mağazasının sahibi olub.
Məlumata əsasən, Meri Co Şennon son illərdə döş və yoğun bağırsaq xərçəngi ilə mübarizə aparmasına baxmayaraq, ailə həyatında və televiziya layihələrində fəal iştirakını davam etdirib.
