Odlar.media xəbər verir ki, İran Suriyanın Ət-Tanf bölgəsində yerləşən ABŞ-ın xüsusi əməliyyatlar komandanlıq mərkəzinə zərbə endirdiyini açıqlayıb.
Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bildirilib ki, hücum İranın İranşəhr şəhərində iranlı hərbçilərin öldürülməsinə cavab olaraq həyata keçirilib.
SEPAH-ın açıqlamasında həmçinin qeyd olunub ki, ABŞ-ın hücumları davam edəcəyi təqdirdə, İran Hörmüz boğazı vasitəsilə neft və təbii qaz ixracına icazə verilməyəcəyini bəyan edib.
Qeyd edək ki, məlumat hələlik yalnız İran tərəfinin rəsmi açıqlamasına əsaslanır. ABŞ və ya digər müstəqil mənbələr tərəfindən hadisə ilə bağlı təsdiqləyici açıqlama verilməyib.
