🌐 Keçmişin izi, gələcəyin sözü
17 İyul 2026, saat 13:15   •   🌡️ Bakı

Odessada həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

Odlar.media xəbər verir ki, Ukraynanın Odessa sahilləri yaxınlığında pilotsuz uçuş aparatının hücumu nəticəsində həlak olan “Atlas Bey” mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi tapılaraq Odessaya gətirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zəruri prosedurlar tamamlandıqdan sonra Səməd Nəsrullayevin cənazəsi Azərbaycana gətiriləcək.
Xarici İşlər Nazirliyi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verərək, “Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!” ifadələrini qeyd edib.