Odlar.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonu vəzifəsindən azad edib.
Məlumata görə, Timur Tkaçenko bu vəzifəyə 2024-cü il dekabrın 31-də təyin edilmişdi. O, bundan əvvəl Ukraynanın İcmaların və Ərazilərin İnkişafı Nazirinin müavini vəzifəsində çalışıb, həmçinin “Ukrpoçta”nın Müşahidə Şurasının üzvü olub.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvlərindən biri olub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.
Timur Tkaçenkonun atası Firudin Məmmədov 2023-cü ildə vəfat edib.
Volodimir Zelenskinin Timur Tkaçenkonun vəzifədən azad edilməsi ilə bağlı qərarının səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.
