🌐 Keçmişin izi, gələcəyin sözü
17 İyul 2026, saat 13:14   •   🌡️ Bakı

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır olaraq qalır

 

Odlar.media xəbər verir ki, Xalq şairi Nəriman Həsənzadənin səhhətində ciddi dəyişiklik yoxdur və vəziyyəti ağır-stabil olaraq qalır.
Bu barədə şairin köməkçisi Arif Mehmandost məlumat verib. Onun sözlərinə görə, Nəriman Həsənzadə hazırda reanimasiya şöbəsində müalicə alır.
“Vəziyyəti ağırdır. Huşu yerindədir, danışır, lakin tam özünə gələ bilməyib. Ona böyrək çatışmazlığı diaqnozu qoyulub”, – deyə Arif Mehmandost bildirib.
Qeyd edək ki, 95 yaşlı Xalq şairi Nəriman Həsənzadə iyun ayının sonlarında səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altında müalicəsi davam etdirilir.