🌐 Keçmişin izi, gələcəyin sözü
17 İyul 2026, saat 09:32   •   🌡️ Bakı

Gün işığının sağlamlığa 5 mühüm faydası

Odlar.media xəbər verir ki, gün işığı insan orqanizminin sağlam fəaliyyətinin qorunmasında mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, günəş şüaları bioloji ritmin tənzimlənməsindən D vitamini sintezinə, immun sisteminin gücləndirilməsindən psixoloji vəziyyətin yaxşılaşmasına qədər bir sıra vacib funksiyalara müsbət təsir göstərir.
Bildirilir ki, günəş şüaları orqanizmin “sirkadiyal ritm” adlanan bioloji saatını tənzimləyir. Bu isə gün ərzində enerjili olmağa, gecələr isə daha rahat və keyfiyyətli yuxuya getməyə kömək edir.
Mütəxəssislər qeyd edirlər ki, günəş işığı dəri vasitəsilə D vitamininin sintezini təmin edir. D vitamini sümüklərin möhkəmlənməsində, əzələlərin normal fəaliyyətində və immun sisteminin düzgün işləməsində mühüm rol oynayır.
Bundan əlavə, gün işığı əhval-ruhiyyəni yaxşılaşdıran hormonların ifrazını stimullaşdırır. Bu da stressin azalmasına, psixoloji vəziyyətin yaxşılaşmasına və ümumi həyat keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir.
Araşdırmalara əsasən, kifayət qədər günəş işığı qəbul etmək tənəffüs yolu infeksiyalarına qarşı orqanizmin müqavimətini artıra, iltihabi proseslərin tənzimlənməsinə və immun sisteminin güclənməsinə dəstək ola bilər.
Mütəxəssislər günəşdən faydalanarkən təhlükəsizlik qaydalarına əməl etməyi də tövsiyə edirlər. Xüsusilə yay aylarında günün ən isti saatlarında uzun müddət birbaşa günəş şüaları altında qalmaqdan çəkinmək, günəşin zərərli təsirlərindən qorunmaq üçün müvafiq tədbirlər görmək vacib hesab olunur.