Odlar.media xəbər verir ki, Yaponiyanın Küsü adasının cənubunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Yaponiya Meteorologiya İdarəsinin yaydığı məlumata görə, zəlzələnin episentri Kaqoşima prefekturasına aid Taneqasima adasının şərqində, dəniz akvatoriyasında yerləşib.
Bildirilib ki, yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb.
Səlahiyyətli qurumlar hadisədən sonra sunami təhlükəsinin elan edilmədiyini açıqlayıblar.
