🌐 Keçmişin izi, gələcəyin sözü
15 İyul 2026, saat 12:48   •   🌡️ Bakı

Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu keçirilir

Odlar.media xəbər verir ki, Bakıda Azərbaycan-Slovakiya Biznes Forumu işə başlayıb.
Tədbirin əsas məqsədi iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığını genişləndirmək, yeni biznes tərəfdaşlıqlarının qurulmasına şərait yaratmaq və Slovakiya şirkətlərinin Azərbaycan bazarında fəaliyyətini dəstəkləməkdir.
Forum çərçivəsində Azərbaycanın və Slovakiyanın iqtisadiyyat nazirlərinin çıxışları, iş adamları arasında B2B görüşlər keçiriləcək.
Bununla yanaşı, Azərbaycan Turizm Bürosu ilə Slovakiyanın milli turizm təşkilatı “Slovakia Travel” arasında əməkdaşlığa dair memorandumun imzalanması da nəzərdə tutulur.