Odlar.media xəbər verir ki, ABŞ ordusunun İranın Sistan və Bəlucistan əyalətində yerləşən Zahidanın 88-ci Zirehli Diviziyasının Bəmpur 388-ci Briqada kazarmasına zərbə endirdiyi bildirilir.
İran mediasının yaydığı ilkin məlumata görə, hücum nəticəsində 2 hərbçi həlak olub, 50 hərbçi isə yaralanıb. Yaralılar İranşəhr şəhərində yerləşən Xatəm əl-Ənbiya xəstəxanasına yerləşdirilib. Onlardan 7-nin vəziyyətinin ağır olduğu qeyd olunur.
İran tərəfi hücumun ordunun yataqxanasını hədəf aldığını açıqlayıb.
Yerli mənbələr isə ölən və yaralananların sayının rəsmi açıqlanan rəqəmlərdən daha çox ola biləcəyini iddia edir. Bildirilir ki, ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
