🌐 Keçmişin izi, gələcəyin sözü
14 İyul 2026, saat 19:31   •   🌡️ Bakı

Netanyahu İrana xəbərdarlıq etdi: Hücum olsa, cavab daha sərt olacaq

Odlar.media xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu İranın mümkün hücumu halında ölkəsinin daha güclü cavab verəcəyini bəyan edib.
“The Times of Israel”in yaydığı məlumata görə, Netanyahu İsrailin bütün mümkün ssenarilərə hazır olduğunu bildirib.
O, İran rəhbərliyinə müraciət edərək xəbərdarlıq edib ki, İsrailə hücum ediləcəyi təqdirdə bunun cavabsız qalmayacağını vurğulayıb.
“İranın liderlərinə bir mesajım var: elə düşünməyin ki, hücum etsəniz, sakit otura biləcəksiniz. Bundan əvvəl baş verənlərin təkrarını gözləməyin”, – deyə Netanyahu bildirib.
İsrailin Baş naziri əlavə edib ki, ölkəsinin indiyədək verdiyi cavablar kifayət qədər güclü olub. Onun sözlərinə görə, bundan sonra İsrailə zərər vurmağa yönəlmiş istənilən addıma daha sərt reaksiya veriləcək.