Odlar.media xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu Belçika millisinin futbolçusu Leandro Trossardın transferi ilə bağlı rəsmi addım atıb.
İstanbul təmsilçisinin yaydığı məlumata görə, 31 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı futbolçunun çıxış etdiyi İngiltərənin “Arsenal” klubu ilə danışıqlara başlanılıb. Klub bu barədə Türkiyənin Kamu Aydınlatma Platformasına (KAP) rəsmi bildiriş göndərib.
Qeyd edək ki, Leandro Trossard 2023-cü ildən “Arsenal”ın formasını geyinir və Belçika millisinin aparıcı futbolçularından biri hesab olunur.
