🌐 Keçmişin izi, gələcəyin sözü
14 İyul 2026, saat 19:16   •   🌡️ Bakı

Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb

Odlar.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibənin 1602-ci günü ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin itkilərinə dair yenilənmiş məlumat yayıb.
Nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkovun sözlərinə görə, müharibə başlayandan indiyədək Ukrayna ordusuna məxsus 673 təyyarə, 284 helikopter, 181 166 pilotsuz uçuş aparatı (PUA), 665 zenit-raket kompleksi, 30 152 tank və digər zirehli texnika, 1 757 reaktiv yaylım atəş sistemi, 35 758 artilleriya qurğusu və minaatan, həmçinin 66 445 xüsusi hərbi avtomobil texnikası məhv edilib.
Qeyd edək ki, bu rəqəmlər Rusiya Müdafiə Nazirliyinin açıqladığı məlumatlara əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Ukrayna tərəfi isə müharibə ilə bağlı fərqli məlumatlar açıqlayır.