XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:34:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İstanbul məhkəməsinin Netanyahu ilə bağlı qərarı açıqlanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata əsasən, İstanbul Ağır Cinayətlər Məhkəməsi “Sumud flotilyası işi” çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu barəsində beynəlxalq axtarış elan edilməsi barədə qərar qəbul edib.
Məlumata görə, Netanyahu və iş üzrə təqsirləndirilən digər şəxslərə bəşəriyyətə qarşı cinayət, soyqırımı, işgəncə, əmlaka zərər vurma, adam oğurluğu və ya qanunsuz həbs, nəqliyyat vasitələrinin hərəkətinə mane olma və digər maddələr üzrə ittihamlar irəli sürülüb.
Qeyd edək ki, məlumat Türkiyənin Halk TV telekanalına istinadən yayılıb. Bununla bağlı Türkiyə və ya beynəlxalq hüquq-mühafizə orqanları tərəfindən rəsmi təsdiq barədə məlumat açıqlanmayıb.

Etiketlər: