🌐 Keçmişin izi, gələcəyin sözü
29 Avqust 2026, saat 09:36   •   🌡️ Bakı

Binəqədidə idman zalından oğurluq edən iki nəfər saxlanıldı

Odlar.media xəbər verir ki, Binəqədi rayonunda yerləşən idman zallarından birində baş vermiş oğurluq hadisəsini törətməkdə şübhəli bilinən iki nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, idman zalının paltardəyişmə otağından içərisində 1500 manat nağd pul, təxminən 5000 manat dəyərində qol saatı və bank kartları olan pul kisəsi oğurlanıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 24 yaşlı M.Mustafayev və T.Orucov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.